NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Qoca şair Məmməd Araz

...

      Məmməd Araz könlümüzdə yanan ocaq,
      O sönməz heç, qəlbimizdə yaşar ancaq.
      Bu ürəkdən o ürəyə edər pərvaz, 
      Qoca şair Məmməd Araz...
      Naxçıvanda milyon dahi, 
      Hüseyn Cavid, Ordubadi,
      Bir də böyük şeiriyyətdə
      Böyük şair Məmməd Araz.
      “Qələmimi axtaranda tapammıram,”
      Canan burdan qəlbimizi yarə edib,
      Qələm burdan eyləyir naz.
      De, neyləyim, dahi şair Məmməd Araz?
      Ey dahilər – ey Bəxtiyar, ey Şəhriyar, 
      Mən aşığam,
      Amma neynim, sizdədir saz,
      Dahi şair Məmməd Araz...
      Səslər verir köhnə sazın hər bir teli,
      Qoca şair salamlayır qoca eli.
     “Azərbaycan” sözündə də bir başqadır səndə avaz,
      Dahi şair Məmməd Araz...
      “Dünya sənin, dünya mənim,” 
      Gah heç kimin deyən şair, 
      Nə mülküm var, nə cananım.
      Bunlar yoxsa, bu dünyada nə azarım?
      Aşiq olub bu dünyadan getsə qəlbim 
      İnan qorxmaz
      Dahi şair Məmməd Araz...
      Şeiriyyətdə izim vardı, 
      Süründüyüm dizim vardı,
      Guruldayıb çaxsam da mən,
      Buludlar da mənə dardı.
      İnan bu cür guruldayıb çaxan şair,
      Desən bircə damla yağmaz,
      Dahi şair Məmməd Araz...
      Vətən şahdır... 
      Oğulları yazır ondan.
      Cavan şair, sən də yazıb-yarat bir az,
      Şeiriyyətdə olmasan şah, eybi yoxdur.
      Olmasan şah, ruhdan düşmə, yenə də yaz, 
      Bəlkə oldun,
      Şahın oğlu – Məmməd Araz...


Rafiq TƏHMƏZ

Nəşr edilib : 01.12.2024 09:03