NAXÇIVAN :

03 May 2026, Bazar

QMİ sədri Səudiyyə Ərəbistanına səfər edəcək

...

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də Səudiyyə Ərəbistanına səfərə yola düşəcək.

"Şərq qapısı" xəbər verir ki, QMİ-nin Mətbuat xidmətindən bildirilib ki, şeyxülislam A.Paşazadə İslam Aləmi Liqasının Baş katibi, Dünya Üləmalar Heyətinin sədri Məhəmməd bin Əbdülkərim Əl-İsanın dəvəti ilə noyabrın 26-da İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak edəcək.

İslam Aləmi Liqası dünyadakı missiyasına sadiq qalaraq, rəqəmsal dövrün gətirdiyi yeniliklər, çətinliklər və imkanlarla uyğunlaşaraq öz qlobal platformasını istifadəyə verməyi və bu platforma vasitəsilə uzun müddətdir həllini gözləyən rəqəmsal problemlərin aradan qaldırılmasına töhfə verməyi hədəfləyir.

Mərasimdə İslam dünyasının müftiləri, böyük alimləri, fiqh və şəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.

Nəşr edilib : 24.11.2025 14:18