Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
16 mart 2026-cı il tarixdə Babək rayon 2 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Qlobal Pul Həftəsi” çərçivəsində maarifləndirici təlim keçirilib.
“Şərq qapısı” xəbər verir ki, təlimdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova açılış nitqi ilə çıxış edərək “Qlobal Pul Həftəsi”nin əhəmiyyətindən danışıb. Bildirib ki, bu təşəbbüsün əsas məqsədi uşaqların və gənclərin erkən yaşlardan maliyyə savadlılığının artırılması, onlarda düzgün pul idarəetmə bacarıqlarının formalaşdırılması və qənaət vərdişlərinin inkişaf etdirilməsidir.
Daha sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının Maliyyə inklüzivliyi üzrə proqram rəhbəri Sevinc Rüstəmova “Puldan danışaq” (“Smart Money Talks”) mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı pulun müasir cəmiyyətdə rolu, qənaət vərdişlərinin formalaşdırılması və maliyyə resurslarından səmərəli istifadə ilə bağlı geniş maarifləndirici məlumat verilib.
Təlim çərçivəsində gənclərlə birlikdə mövzu ilə bağlı viktorina və master-klas təşkil olunub, iştirakçıların sualları cavablandırılıb. Təlim daha sonra diskussiya şəklində davam etdirilib.
Qeyd edək ki, “Qlobal Pul Həftəsi” hər il mart ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) koordinasiyası ilə keçirilir. Bu il də Naxçıvanda “Qlobal Pul Həftəsi” çərçivəsində təlimlərin keçirilməsi nəzərdə tutulur.
Digər xəbərlər