NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Qida təhlükəsizliyinin təmin edilməsinə diqqət artırılır

...

Bu gün Şahbuz rayon Kükü kəndində “Turizm obyektlərində qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda tədbir  keçirilib.   Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçmiş  şəhidlərimizin əziz  və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş sözü ilə  çıxış  edən Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Xəyalə Baxışlı bu  sahə  üzrə   əhali arasında maarifləndirmə və təbliğat işlərinin əhəmiyyətindən danışıb.
Sonra Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və  humanitar  məsələlər  şöbəsi,  şöbə müdirinin  müavini  vəzifəsini müvəqqəti icra edən Nubar Səfərova çıxış edərək bildirib ki,  qida  təhlükəsizliyinin təmin olunması  və  bu  sahəyə  daimi  nəzarət  edilməsi  turistlərin  komfortlu  istirahəti  üçün vacib məsələdir. Onun üçün  Kükü kəndində  də yay  fəslində   turist  yerləşdirən fərdi evlərdə bu  məsələ diqqətdə  saxlanılmalıdır.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin Sektor müdiri Süleyman Rüstəmov  tədbirdə çıxış  edərək turizm   sahəsində standartlara  əməl  olunmasının vacibliyindən danışıb. Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Məmməd Məmmədov çıxış edərək bu  sahədə  qarşıya  qoyulmuş  vəzifələrin yerinə  yetirilməsinin əhəmiyyətindən  bəhs  edib.

Nəşr edilib : 11.10.2024 18:15