Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlıl...
15:53 27.06.2026
0
0
0
"Avtobus qəzası nəticəsində xəsarət alan 17 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına müraciət edib".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri açıqlamasında bu gün Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunun qəzasından sonra həkim Fuad Rzayev deyib: "Onlar təcili yardım vasitəsilə qəbul edilib. Hazırda xəstələrin vəziyyəti orta-stabil kimi dəyərləndirilir və müayinələr davam etdirilir. Xəsarətlər, əsasən, bud-çanaq sınıqları, neyrocərrahi problemlər və beyin silkələnmələri ilə bağlıdır. Pasientlər müvafiq şöbələrə yerləşdirilib, stasionar şəraitdə müalicə və müşahidələri davam etdirilir".
Digər xəbərlər