Azərbaycanın 6 güləşçisi Avropa çempionatının fina...
22:44 25.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafikə uyğun olaraq vətəndaşlara qeyri-iş günlərində də ədliyyə xidmətləri göstəriləcəkdir.
Bu çərçivədə Naxçıvan “ASAN xidmət” mərkəzində yerləşən Qeydiyyat Şöbəsi bayram günlərində 27, 28 və 29 iyun 2025-ci il tarixlərdə fəaliyyət göstərəcək.
Muxtar respublikada fəaliyyət göstərən Notariat ofisləri isə aşağıdakı növbəli iş qrafikinə uyğun fəaliyyət göstərəcəklər:
Naxçıvan şəhər 3 saylı Notariat Ofisi – 26 iyun saat 09:00-dan 18:00-dək və 27 iyun saat 09:00-dan 13:00-dək;
Şərur rayon 2 saylı Notariat Ofisi – 27 iyun saat 09:00-dan 13:00-dək;
Şahbuz rayon Notariat Ofisi – 28 iyun saat 09:00-dan 13:00-dək və 29 iyun saat 14:00-dan 18:00-dək.
Vətəndaşlar göstərilən tarixlərdə müvafiq Notariat ofislərinə müraciət edə bilərlər.
Digər xəbərlər