NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Qərbin Cənubi Qafqaz sevdası reallaşmayacaq

...

Çoxdandır ki, Qərb az qala dünyaya demokratiya dərsi keçməyə çalışır.

Amerika Birləşmiş Ştatları başda olmaqla bu dəfə deyəsən, onlardan ümid uman, kömək diləyən dövlətləri aldada biləməyəcəklər. Ermənistan kimi heç bir təbii sərvəti olmayan, yoxsul, zəif “bəndələrin” əlləri yerdən-göydən üzülüb. İndi onlar yeni havadar, yeni sahib axtarışındadır.

Bu mənzərəni uzaqdan  seyr edən Fransa isə, bütün gücünü cəmləyərək Qarabağa yürüş etdi. Orada məlum haqlı div gücləri görən kimi geri çəkilməyə məcbur oldu.

Yeri gəlmişkən qonşu Gürcüstan da, bu  eyforiyanın təsirindən qurtulmaq istəyir. Onu da, NATO-ya qəbul edəcəkləri və sair utopist fikirlərlə illərdir ki, arxalarınca süründürürlər.

Zaman-zaman Azərbaycana da bulaşmaq istəyən Qərbin “ağzı yanıb” əməlli-başlı. 2020-ci ildə Pakistan, Türkiyə kimi qüdrətli qardaş ölkələr yanımızda oldular. Bu birlikdən bütövlükdə bədxah dövlətlər çəkindilər. Yaxşı başa düşdülər ki, bu xına o xınadan deyil.

Qalib Ordumuz, Müzəffər Prezidentimiz sağ olsunlar ki, bir addım da geri atmadılar. 30 il işğal altında olan Qarabağ torpaqlarımızı düşmən tapdağından azad etdilər. Bu yolda Azərbaycanın çox sayda qaziləri, .əhidləri oldu. Lakin Azərbaycan yenə başını dik tutdu, əyilmədi!

Azərbaycan dövlətini, onun uzaqgörən rəhbərini üzv dövlətlərin BRİCS-ə üzv dəvət etmələri isə, bu soyuq müharibənin konkret kökünə balta çaldı.

İstər-istəməz Qərb və tərəfdarları başa düşdülər ki, Cənubi Qafqaza yerli-yersiz müdaxilələr uğursuz olacaq.

Yaxşı olardı ki, bu barədə minüzlü dövlətlər qəti qərara gəlsinlər.

P.S  Məhz belə halda dünyada nahaq qanlar tökülməz.

Fariz QULİYEV

Nəşr edilib : 18.10.2024 15:20