NAXÇIVAN :

27 Aprel 2025, Bazar

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri bir sıra görüşlər keçirib

...

Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli dekabrın 5-də Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, icma sədri daha sonra Almaniya Müsəlmanları Mərkəzi Şurasının sədri Abdassamad El-Yezidi ilə bir araya gəlib.
Ə.Ələkbərli hər iki qonağa Qərbi Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verib, konfransda müzakirə olunan məsələlərə toxunub.

Nəşr edilib : 05.12.2024 18:56