NAXÇIVAN :

23 Avqust 2026, Bazar

Qazaxıstanda Qurultay seçkilərində seçici fəallığı 53,12 faizə çatıb

...

Qazaxıstanda Qurultay deputatlarının seçkilərində yerli vaxtla saat 14:00-a olan məlumata görə, 6 milyon 696 min 2 seçiciyə bülleten verilib.
"Şərq qapısı" Qazaxıstan Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, bu, seçici siyahılarına daxil edilmiş vətəndaşların 53,12 faizini təşkil edir.
Qazaxıstanda ölkənin yeni birpalatalı parlamenti olan Qurultaya keçirilən ilk seçkilərdə yeddi siyasi partiya iştirak edir. Qurultayda 145 deputat mandatı nəzərdə tutulub.
Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.

Nəşr edilib : 23.08.2026 14:23