Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da ...
14:41 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Həyatda qarşıya çıxan çətinliklər bəzən insanı yolundan döndərsə də, əsl məqsədinə inanan, zəhmətlə çalışan və iradəsini ortaya qoyan kəs heç vaxt yarı yolda qalmaz. Elə bu gün haqqında söz açacağımız Arifə Hüseynova da uşaqlıqdan arzuladığı həkimlik peşəsinə sahib olmaq üçün qarşısına çıxan maneələrə baxmayaraq, özünə inanaraq yoluna davam edib. Belə ki, o, ötən il ali təhsil müəssisələrinə qəbul imtahanında istədiyi ixtisasa qəbul olmasa da, ümidini itirməyib. Qarşısına məqsəd qoyaraq daha ciddi hazırlaşaraq arzuladığı universitetə – Azərbaycan Tibb Universitetinə qəbul olmaqla uşaqlıq arzusunu gerçəkləşdirib.
Arifə ilə həmsöhbət olduğumuz zaman öyrənirik ki, o, dördüncü sinfi bitirdikdən sonra 647 balla Qızlar Liseyinə qəbul olunub. Liseyi əla qiymətlərlə başa vuraraq qırmızı attestat alıb. “Uşaqlıqdan tək hədəfim həkimlik peşəsinə yiyələnmək olub”, – deyə o bildirir.
2024-cü ildə keçirilən qəbul imtahanında 531 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Psixologiya ixtisasına qəbul olunub. Həmin il Naxçıvanda 500-700 bal aralığında nəticə göstərən məzunların mükafatlandırma tədbirində də iştirak edib. Lakin Arifə bununla kifayətlənməyib. Yenidən hazırlaşaraq 2025-ci ildə 635 bal toplayıb və Azərbaycan Tibb Universitetinə qəbul olunub.
“Ən böyük dəstəyim valideynlərim və müəllimlərim olub”, – deyən Arifə Hüseynova gənclərə də tövsiyə edir ki, məqsəd varsa, qarşıya qoyulan hədəfə çatmaq heç də çətin deyil.
Bu gün mənim həkim olmaq arzum gerçəyə çevrildi.
Beləliklə, uşaqlıq arzusuna çatmaqda ilk addımını atan Arifə Hüseynova bu gün Azərbaycan Tibb Universitetinin tələbəsi kimi yeni bir yola qədəm qoyub. Onun hədəfə doğru atdığı qətiyyətli addımlar gənclərin həyatında nümunədir. Biz isə Arifəyə uğurlar arzu edirik!
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər