NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

Qars Ticarət və Sənaye Palatası ilə tərəfdaşlıq imkanları müzakirə edilib

...

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanları, xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilər, eləcə də xarici investorlar üçün yaradılmış geniş imkanlar barədə məlumat təqdim edilib.

Tərəflər arasında, həmçinin 2025-ci ilin birinci rübündə Türkiyəyə planlaşdırılan işgüzar səfər çərçivəsində əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Nəşr edilib : 29.11.2024 10:43