Şəhid ailəsi ziyarət edilib
23:01 26.04.2025
0
0
0
NAXÇIVAN :
27 Aprel 2025, Bazar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ölkənin tranzit-logistika imkanlarının artırılması xüsusi hədəflərdən biri kimi müəyyən edilib. Elə bu istiqamətdə beynəlxalq əhəmiyyətli iqtisadi layihə – Zəngəzur dəhlizi və onun tərkib hissəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu mühüm infrastruktur layihəsidir. Ümumilikdə, Orta Dəhlizə daxil olan bu layihələr, sadəcə, Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmək xarakteri daşımır. Eyni zamanda bu layihələr Avropa ilə Asiya üçün ticarət əlaqələri cəhətdən qlobal əhəmiyyət kəsb edir. Məhz bu layihənin reallaşması ilə Naxçıvanda regionun iqtisadi, turizm potensialı və logistika imkanları daha da genişlənəcək. Azərbaycanla Türkiyəni birləşdirən bu dəmir yolu xətti, eyni zamanda Orta Asiyadan Avropaya uzanan beynəlxalq ticarət yollarının mühüm halqasına çevriləcək.
Elə bu kontekstdə dəmir yolu layihəsinin Naxçıvana verə biləcəyi iqtisadi üstünlüklər, logistik imkanlar və turizmə təsiri barədə Naxçıvan Dövlət Universitetinin dosenti,
iqtisadçı ekspert Əli Cabbarovla həmsöhbət olduq:
– Əli müəllim, Qars-Naxçıvan dəmir yolu xətti layihəsinin ümumi iqtisadi əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik. Bu layihə region üçün nə vəd edir?
– Bu dəmir yolu xətti həm iqtisadi, həm də geosiyasi əlaqələr baxımından olduqca mühüm bir layihədir. Qars-Naxçıvan dəmir yolu Azərbaycanla Türkiyə arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir. Naxçıvanın beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyası üçün də bu dəmir yolu xətti olduqca əhəmiyyətli olacaq. Təbii ki, bu da regionda iqtisadi fəallığın artmasına, yeni investisiyaların cəlb olunmasına, turizmin inkişafına və məşğulluğun yüksəlməsinə səbəb olacaq.
– Bəs mütərəqqi logistika və turizm baxımından bu dəmir yolu Naxçıvana hansı imkanları gətirəcək?
– Əvvəla, dəmir yolu xəttinin istifadəyə verilməsi ilə nəqliyyat xərclərinin azalması, malların çatdırılma müddətinin qısalması və yükdaşıma səmərəliliyinin yüksəlməsi gözlənilir. Hazırda Naxçıvana daşınan yüklər, əsasən, hava və avtomobil nəqliyyatı ilə çatdırılır, bu isə həm baha başa gəlir, həm də operativ deyil. Yeni dəmir yolu ilə Naxçıvandan Türkiyəyə, oradan Avropaya və əks-istiqamətdə mal dövriyyəsi sürətlənəcək. Bu, yerli sahibkarların ixrac imkanlarını artıracaq, kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar açacaq və eyni zamanda logistik mərkəzlərin yaradılmasında da zəmin rolu oynayacaq.
Bununla yanaşı, dəmir yolunun, xüsusilə də turizmə böyük təsiri olacaq. Naxçıvan zəngin tarixi, mədəni və təbii irsə malik bir bölgədir. Lakin illərdir, burada turizmin inkişafı məhz nəqliyyat məhdudiyyətləri səbəbi ilə ləngiyirdi. Yeni dəmir yolu xətti Naxçıvana quru yolla rahat və sərfəli səyahət imkanları yaradacaq. Qardaş Türkiyədən və digər ölkələrdən turistlərin axını artacaq, turizm servislərinə tələbat yüksələcək.
– Bəs, sizcə, bu layihə regionda hansı iqtisadi və sosial dəyişikliklərə yol aça bilər və belə bir strateji layihənin davamlı uğur qazanması üçün hansı amillər önəmlidir?
– Həm Naxçıvan, həm də qardaş Türkiyənin Azərbaycanla həmsərhəd regionlarının iqtisadi göstəricilərində dəmir yolu sayəsində yüksək artımlar olacaqdır. Bu sayədə region əhalisinin gəlir səviyyəsinin yüksəlməsi və sosial rifahın artması kimi müsbət nəticələr gözlənilir. Bundan əlavə, mədəni əlaqələr də genişlənəcək və nəticədə, dəmir yolunun effektiv istifadəsi ilə logistik infrastrukturun – yükləmə-boşaltma məntəqələrinin, anbarların, gömrük zonalarının yaradılması, turizm infrastrukturunun yenilənməsi, sahibkarlara dəstək proqramlarının reallaşması mümkün olacaq. Ən əsası isə bu layihə bölgədə davamlı sülh və təhlükəsiz mühitə zəmin yaradaraq Naxçıvan üçün yeni bir inkişaf mərhələsinin başlanğıcı olacaqdır.
Cavanşir BAĞIRLI
Digər xəbərlər