Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvərlik t...
19:28 26.06.2026
0
0
0
Böyük Qayıdışla həyatın yenidən qaynadığı torpaqlarımızda fəaliyyətə başlayan bir neçə ümumtəhsil məktəbində 2025-2026-cı tədris ilində ilk dəfə “Son zəng” çalınıb.
Azad edilmiş ərazilərdə fəaliyyətə başlayan 8 məktəb bu il ilk məzunlarını yola salıb.
“Son zəng” Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin, Cəbrayıl rayon Horovlu kənd tam orta məktəbinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin, Ağdam rayon Kəngərli və Sarıcalı kənd tam orta məktəblərinin (Sarıcalı məktəbi Kəngərli məktəbinin sinif komplekti kimi), eləcə də Ağdərə rayon Həsənriz və Vəngli kənd tam orta məktəblərinin (Vəngli məktəbi Həsənriz məktəbinin sinif komplekti kimi) məzunları üçün çalınıb. “Şərq qapısı” həmin məktəblərdən fotoları sizə təqdim edir.
Digər xəbərlər