NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qarabağ Universitetinə qəbul olanlar arasında 600-dən yuxarı bal toplayan gənclərin sayı artıb

...

Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumata əsasən, Qarabağ Universitetinə qəbul olanlar arasında yüksək akademik göstəricilərə malik tələbələrin sayı əvvəlki illə müqayisədə artıb. Bu il 600-dən yuxarı bal toplayan 127 nəfər Qarabağ Universitetinin tələbəsi adını qazanıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə universitetdən məlumat verilib. Keçən il bu göstərici 101 nəfər olub.

Nəşr edilib : 25.08.2025 16:53