Respublika üzrə aprel ayının pensiya ödənişləri ye...
18:16 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
“Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib”.
Bunu “Şərq qapısı” qəzetinə açıqlamasında Qarabağ Universiteti Klinikasının baş direktoru, Tibb və sağlamlıq elmləri fakültəsinin dekanı Samir Babayev deyib. O bildirib ki, fakültənin binasında 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb: “Binada 10 dərs və 9 auditoriya otağı, 3 laboratoriya, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifinq zalları yaradılıb. Burada, həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan altıillik tibb və dördillik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Burada tətbiq olunacaq müasir təhsil modeli tələbələrin nəzəri biliklərini Qarabağ Universitetinin Klinikasında praktik vərdişlərə çevirməyə imkan yaradacaq”.
Samir Babayev əsas görəcəkləri işlərin mərhələli, təhlükəsiz şəkildə klinikanın açmaq olduğunu vurğulayıb: “Tələbələrimizi gözləyirik, onlar artıq Xankəndidədir. Klinikanın tam fəaliyyətində tələsməməyi qərar verdik. Ən vacib olan xəstələrimizin təhlükəsizliyidir. Ona görə də klinikanın 3 mərhələdə açılmasına qərar verdik. İlk mərhələdə poliklinikalardır, yaxın gələcəkdə elan verəcəyik ki, 23 fərqli ixtisaslı həkimlərimiz var. Klinika uşaq pediatriyası ilə də təmin olunub. İkinci mərhələdə burada təcili yardım mərkəzimiz olacaq ki, bu da fevral-mart aylarına kimi nəzərdə tutulub. Son mərhələdə isə stasionar şöbədə açılacaq ki, burada xəstələrə tibbi yardım üçün tam gücümüzlə yardım edəcəyik. 9 binamız var, gələcəkdə planlarımız böyükdür. Ərazimiz böyükdür – 5 hektar, 9 bina var və 3 bina bu gün aktiv olaraq işləyir, imkanlarımız böyükdür. Əsas 3 məqsədimiz var: tədris, təhsil və elmi araşdırma, kliniki xidmət. Gələcəklə bağlı planlarımız genişdir. Burada həm elmi araşdırma mərkəzləri yaratmaq, həm də ana və uşaq sağlamlıq mərkəzi, antologiya mərkəzi açmaq planımız var. Məqsədimiz həkimlərimizi, tibb bacılarını bir araya gətirərək komanda halında çalışmaqdır. Bu səhiyyədə çox vacib məsələdir. Təhsil, əsasən, ingilis dilindədir, hibritdir. Yəni burada həm Azərbaycan, həm də ingilis dili var. Xüsusilə interaktiv olan dərslərimiz Azərbaycan dilində olur. Tədris vəsaitlərimizin hamısı ingilis dilindədir”.
Qarabağ Universitetinin rəhbəri gələcək planlar barədə də danışıb: “Türkiyədə təhsil almışam, həkiməm. Uzmanlıq və mütəxəssislik təhsilimi Amerikada bitirmişəm. 17 il orada çalışmışam və keçən ilin yayından Azərbaycana köçmüşəm. Azərbaycana köçməyimin əsas səbəbi Qarabağ Universiteti ilə bağlıdır. Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi yaradılıb və Qarabağ Universitetinin Klinikası fəaliyyətə başlayıb. Möhtərəm cənab Prezident bizim klinikamızı, həm də tədris binamızı ziyarət etdi, klinikamızı göstərmək imkanımız oldu. Müasir üsulda yaradılmış klinikamız və kitabxanamız var. Həm tədris, həm də elmi araşdırma laboratoriyalarımız fəaliyyət göstərir. Bundan başqa, binanın özü tələbə sentrikdir. Yəni tələbələrin fasilələrdə dərslərarası otura biləcəyi, dərs çalışa biləcəyi, həm fərdi, həm də qrup öyrənmə məkanları, zonaları, vaxt keçirə biləcəyi yerləri var. Əsas komandamız bu gün 50 nəfərlik komandadır, ilin sonunadək 100 nəfər olacaq. Gələn il isə 200 nəfərlik bir komanda ilə həm kilniki fəaliyyətimizi, həm də tədrisimizə davam edəcəyik”.
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.
Digər xəbərlər