NAXÇIVAN :

09 Iyul 2026, Cümə axşamı

“Qarabağ” Avropa Liqasında mövsümün ilk oyununa çıxır

...

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün avrokubokların 2026/2027-ci illər mövsümündə mübarizəyə start verəcək.

"Şərq qapısı" xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk matçında İslandiyanın “Vestri” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. Görüşü moldovalı baş hakim Roman Jitari idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

Nəşr edilib : 09.07.2026 10:26