Azərbaycanla Qırğızıstan arasında mədəniyyət sahəs...
20:57 21.04.2025
0
0
0
NAXÇIVAN :
21 Aprel 2025, Bazar ertəsi
21 aprel 2025-ci il tarixdə “Cahan İnşaat” MMC-də "İstehsalatda işləyən qadınların hüquqlarının qorunması" mövzusunda maarifləndirici tədbir keçirilib. “Cahan Holding" Şirkətlər Qrupunun Aparat rəhbəri Azər Cəfərov tədbiri giriş sözü ilə açaraq sözügedən mövzunun cəmiyyət üçün aktuallığına diqqət çəkmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirmişdir ki, qadınlara edilən güzəştlər və imtiyazlar, müxtəlif ölkələrdə sosial bərabərlik, cinsiyyət bərabərliyi və qadınların hüquqlarını dəstəkləmək məqsədilə tətbiq edilir. Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.
Azərbaycan qadınlarının hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və tam həcmdə fəaliyyət göstərir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Cavad Cavadov, Naxçıvan Sahibkarlar Konfederasiyasının baş mütəxəssisi Nuray Kərimova, Naxçıvan Dövlət Universitetinin tarix elmləri doktoru, professor Sevinc Abbasova qadınların bərabər hüquqlara sahib olmaları və iş yerlərində qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması üçün qanunların mövcud olduğunu iştirakçıların nəzərinə çatdırıblar.
Diskussiya şəklində keçən tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Digər xəbərlər