Naxçıvan Muxtar Respublikasında dekabr ayının 5-nə...
23:45 04.12.2024
0
0
0
NAXÇIVAN :
05 Dekabr 2024, Cümə axşamı
2 dekabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi və 25 Noyabr-Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecində “Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarına yox deyək” mövzusunda tədbir keçirilib.
Birgə keçirilən tədbirdə açılış nitqi ilə Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva çıxış edərək gündəmlə bağlı olan mövzunun əhəmiyyətini qeyd edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində həyata keçirilməsi vacib olan məsələlərdən danışıb. Bildirilib ki, BMT-nin Baş Məclisi 1999-cu ildə 25 noyabr tarixini Qadına qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü elan edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən günün mahiyyətinə uyğun olaraq hər il müxtəlif formatda tədbirlər həyata keçirilir, ictimaiyyətə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq, eləcə də erkən nikahın qadın və uşaqların hüquqlarının pozulmasına gətirib çıxardığı barədə çağırışlar edilir.
68 nəfərin yararlandığı tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub, Kollecin tələbələri tərəfindən "Təhsil naminə" tamaşası göstərilib.
Digər xəbərlər