Yel çərşənbəniz mübarək!
00:06 11.03.2025
0
0
0
NAXÇIVAN :
11 Mart 2025, Çərşənbə axşamı
10 mart 2025-ci ildə Babək rayon Yarımca kənd icra nümayəndəliyində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Babək Rayon İcra Hakimiyyəti ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının 1995-ci ildə qoşulduğu BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın 30 illiyinin qeyd edilməsi ilə əlaqədar “Kənd yerlərində yaşayan qadınların hamiləlik dövründə, doğuş zamanı və hamiləlikdən sonrakı dövrdə psixoloji və fiziki sağlamlıqlarının qorunması” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyə İbrahimova açaraq qadınlar üçün bu mövzunun əhəmiyyətli olduğundan bəhs edib.
Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirmişdir ki, kənd yerlərində yaşayan qadınların hamiləlik və doğuş sonrası psixoloji sağlamlığı çox vacib bir mövzudur və bu dövr bir çox qadın üçün həm fiziki, həm də psixoloji baxımdan çətinliklərlə doludur. Bu dövrün çətinlikləri hər bir qadın üçün fərqli olsa da, hər kəsin düzgün dəstək alması və psixoloji vəziyyətinin izlənməsi vacibdir. Hamiləlikdən sonra meydana gələn emosional dəyişikliklərə diqqət yetirilməli və bu sahədəki hər hansı bir narahatlıq və problem zamanında müalicə edilməlidir.
Hamilə qadınların iş yerində fiziki cəhətdən təhlükə yaratmayan işlərə yönləndirilməsi və iş şəraitinin onların sağlamlığını qoruyacaq şəkildə tənzimlənməsi, iş yerində riskli və təhlükəli şəraitdən qaçınmaq məqsədilə xüsusi qaydaların tətbiq olunmasından bəhs etmişdir.
Daha sonra Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkim-ginekoloqu Həqiqət Adıgözəlova hamiləlik gigiyenasi, hamiləlikdə düzgün qidalanma, doğuş sonrası qadınların sağlamlıqlarının bərpası prosesləridən danışıb.
27 qadının yararlandığı tədbirdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Digər xəbərlər