COP29-da Ermənistanın Azərbaycana qarşı törətdiyi ...
19:28 21.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı "Təbliğat-100" layihəsi çərçivəsində qadınlarla dekorativ-tətbiqi sənət sahəsi üzrə təlim keçirilib.
Növbəti təlim 10 sentyabr 2024-cü il tarixdə Babək rayonunun Zeynəddin kəndində baş tutub.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəfa Babayeva tədbiri giriş sözü ilə açaraq qadınların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə keçirilən təlimin əhəmiyyətini qeyd edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə qadınların məşğulluğunun diqqətdə saxlanılmasından və dekorativ-tətbiqi sənət sahəsinə maraqlarının artırılmasından danışıb. Bildirilib ki, evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında dekorativ-tətbiqi sənət nümunələrinin yaşadılması istiqamətində layihələr həyata keçirilir. Təbii ki, bu da qadınlar üçün həm şəxsi inkişaf və həm də gəlir mənbəyi baxımından faydalıdır.
Çıxışların ardından istedadlı qadın Səkinə Qarayeva iştirakçılara təlim keçib. Əyani vəsaitlərdən istifadə edilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər