Ötən gün vətəndaşların bank kartlarından 15 min ma...
10:12 14.05.2025
0
0
0
Uzaq Macarıstandan macar yazıçısı, şair, publisist, dramaturq, ictimai-siyasi xadim Şandor Lejakın Naxçıvana gəlməsi, Naxçıvan Dövlət Universitetində bir kitabının təqdimatı və bir pyesinin tamaşaya qoyulması, həqiqətən də, böyük bir bayramdır. Bu, həm tələbələrimizə, həm də Naxçıvan ictimaiyyətinə, bütöv Azərbaycana bir töhfədir.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, Macarıstanın səfirinin, TÜRSOY-un rəhbərinin burada olması vacib amildir: “Mən Naxçıvan Dövlət Universitetində görülən hər işi, məxsusən də bu tədbiri alqışlayıram. Əminəm ki, universitetin tələbələri, müəllimləri, eləcə də Azərbaycan elmi ictimaiyyəti bu görüşdən bəhrələnəcək. Mütləq bu görüşün böyük müsbət təsirləri olacaq və Azərbaycan-Macarıstan ədəbi əlaqələrinin genişlənməsinə təkan verəcək”.
“Şandor Lejak bir vitse-spiker, siyasi xadimdir. Bu baxımdan onun Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana gəlişi çox önəmli amildir. Mən bir ziyalı, elm adamı olaraq bu tədbirdə iştirakdan məmnunluq duydum. Əminəm ki, bu tipli tədbirləri genişləndirməklə biz dünya arenasına çıxmağa və dünya arenasında ədəbiyyatda, dildə, coğrafi, etnoloji və digər bütün sahələrdə mütləq nailiyyətlər əldə edəcəyik”,—deyə Mahirə Nağıqızı əlavə edib.
Aidə İBRAHİMOVA
Digər xəbərlər