2027-ci ildə Ümumi Daxili Məhsulun qeyri-neft sekt...
17:06 24.09.2026
0
0
0
“Türk dünyasında çoxlu bilik və çoxsaylı elmi çalışmalar var. Təəssüf ki, bunlar dünyada yetərincə yaxşı təmsil olunmur. Ümid edirəm ki, hər iki tərəf üçün gözəl nəticələr əldə edəcəyik”. Bu fikirləri “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026”da iştirak edən Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyətinin beynəlxalq əlaqələr üzrə məsul şəxsi, Prof.Dr. Gülşen Özkaya Şahin “Şərq qapısı”na açıqlamasında qeyd edib.
Hazırda Naxçıvanda davam edən beynəlxalq tədbirdə iştirak edən professorun səfərinin əsas məqsədi Türk dünyasında aparılan elmi-tibbi çalışmalarla Avropa elmi dairələri arasında əlaqələrin genişləndirilməsinə töhfə verməkdir. Prof. Dr. Gülşen Özkaya Şahin bildirib ki, bu istiqamətdə qarşılıqlı əməkdaşlığın inkişafı və regionda əldə olunan elmi nəticələrin beynəlxalq müstəvidə daha geniş tanıdılması vacibdir.
Həmçinin professor Beynəlxalq Tibb Günləri çərçivəsində hepatit E ilə bağlı məruzə ilə çıxış edəcəyini də bildirib. O təqdim edəcəyi mövzunun tədbir iştirakçıları tərəfindən maraqla qarşılanacağına ümid etdiyini qeyd edib.
Naxçıvanda keçirilən beynəlxalq tədbirin müxtəlif ölkələrdən olan tibb mütəxəssislərini bir araya gətirməsini yüksək qiymətləndirən professor burada iştirakından məmnun olduğunu ifadə edib.
Digər xəbərlər