Naxçıvanda “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” ...
18:43 09.05.2025
0
0
0
“Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi, səmimi dialoq və qarşılıqlı anlaşma nümunəvi xarakter daşıyır. Biz Müqəddəs Taxt-Tac ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk”.
"Şərq qapısı" xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Roma Papası XIV Leo Həzrətlərinə ümvanladığı təbrik məktubunda yer alır.
Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılmasının dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “İnanıram ki, ümumbəşəri dəyərlərin təşviqi və sivilizasiyalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir. Sizə möhkəm cansağlığı, uzun ömür, bəşəri və müqəddəs amallar naminə qarşıdakı ali missiyanızda uğurlar diləyirəm”.
Digər xəbərlər