NAXÇIVAN :

17 Yanvar 2025, Cümə

Prezident İlham Əliyev: Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır

...

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bağlantılar və Orta Dəhliz layihəsinə toxunub.

"Şərq qapısı" xəbər verir ki, ölkələrimizin burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərdiklərini vurğulayan dövlətimizin başçısı deyib: “Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”.

Nəşr edilib : 17.01.2025 17:00