NAXÇIVAN :

23 Avqust 2026, Bazar

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

...

Özbəkistandakı bütün qardaşlarımızı ölkənin inkişafında, onun potensialının möhkəmləndirilməsində, həm sosial-iqtisadi sahədə, həm də beynəlxalq arenada əldə olunan böyük uğurlar münasibətilə təbrik etmək istərdim.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında deyib.
“Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir”, - deyən dövlətimizin başçısı bunun Prezident Şavkat Mirziyoyevin xidməti olduğunu vurğulayıb. O deyib: Siz ölkəni inkişaf etdirmək, onun potensialını möhkəmləndirmək, o cümlədən Özbəkistanın beynəlxalq arenadakı rolunu gücləndirmək üçün yorulmadan çalışır, əmək sərf edirsiniz”.

Nəşr edilib : 23.08.2026 20:57