NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

Prezident: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib

...

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıl dövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib.

"Şərq qapısı" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

Ölkə Prezidenti bildirib ki, bu məqsədlə müxtəlif illərdə Konstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinin təkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtiva edib.

Nəşr edilib : 12.11.2025 12:35