NAXÇIVAN :

03 May 2026, Bazar

Polis Sədərəkdə erkən nikahın qarşısını alıb

...

"Şərq qapısı"nın əldə etdiyi məlumata görə, Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.

Rayonun Dəmirçi kəndində 21 yaşlı şəxslə 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.

Erkən nikaha yol verilməməsi üçün  tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.

Nəşr edilib : 24.11.2025 12:07