NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Polis günü münasibətilə tədbir keçirilib

...

Azərbaycan polisinin 107 illik peşə bayramı münasibətilə Babək rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Bu mənalı an Azərbaycan polisinin dövlətə, dövlətçiliyə və xalqına bağlılığının rəmzi kimi qəbul olundu. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu güclü hüquq-mühafizə sistemi bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və ölkənin sabitliyinə mühüm töhfə verir.
Azərbaycan polisi yalnız təhlükəsizlik deyil, eyni zamanda cəmiyyətə nümunə olan məsuliyyət və fədakarlıq simvoludur.
Babək Rayon İcra Hakimiyyəti olaraq, 2 iyul – Polis günü münasibətilə bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarını, xüsusilə də rayonumuzda şərəflə xidmət edən polis əməkdaşlarını səmimi-qəlbdən təbrik edirik!
Sizə möhkəm cansağlığı, vətənə sədaqətlə xidmət yolunda yeni uğurlar arzulayırıq. Xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyi naminə gördüyünüz işlər daim hörmət və minnətdarlıqla qarşılanır.
Bayramınız mübarək, Azərbaycan polisi!

Nəşr edilib : 02.07.2025 22:52