Naxçıvan şəhərində ağacəkmə aksiyası keçirilib...
19:29 23.11.2024
0
0
0
Noyabrın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.
DİM-dən bildirilib ki, imtahan vermək üçün 1754 (KOSS - 376, MHBS - 647, İSMUBS - 731) nəfər müraciət edib.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
Üç saat davam edən imtahanda namizədlərə 40 test tapşırığı təqdim olunur. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.
Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 9 binada təşkil ediləcək. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 162 nəzarətçi cəlb olunub.
Digər xəbərlər