NAXÇIVAN :

14 May 2025, Çərşənbə

PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb

...

PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb.

"Şərq qapısı" "Haber Global"a istinadən xəbər verir ki, 1978-cü ildə yaradılan və 1984-cü ildə ilk terror aktını həyata keçirən qruplaşma özünü buraxdığını elan edib.

"PKK Abdullah Öcalanın fevralın 27-də verdiyi bəyanatla əlaqədar qurultay təyin edib. Qruplaşmanın XII qurultayında PKK adı altında aparılan işlərə son qoyulduğu ilə bağlı qərar qəbul edilib", - yayılan məlumatda qeyd olunub.

Nəşr edilib : 12.05.2025 11:20