NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Pərviz Şahbazov: "Azərbaycanın kifayət qədər çox qaz ehtiyatı var"

...

Azərbaycanın kifayət qədər çox qaz ehtiyatı var.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının iclasında qaz dəhlizinin gələcək genişləndirməsi perspektivləri xüsusilə müzakirə olunub. Ölkəmizin kifayət qədər çox qaz ehtiyatları var. 2021-ci ildən 2024-cü ilə qədər Azərbaycandan ixrac olunan qaz həcminin 57 % artırılmasına nail olunub. Bunun çox böyük nailiyyət olduğunu söyləyə bilərəm" , - o vurğulayıb.

Nəşr edilib : 04.04.2025 17:33