NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Peruda təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub

...

Peruda Naska səhrasının geoqlifləri üzərində ekskursiya uçuşu həyata keçirən təyyarə qəzaya uğrayıb və nəticədə 13 nəfər həlak olub.

"Şərq qapısı" xəbər verir ki, "Aerodiana" aviaşirkətinin təyyarəsi Pueblo-Vyexo rayonunda qəzaya uğrayıb.

Hava gəmisi Pisko şəhərindən havaya qalxıb və Naska geoqlifləri üzərində ekskursiya uçuşu həyata keçirməli idi.

Aviaqəzanın səbəbləri araşdırılır.

Nəşr edilib : 02.08.2026 01:37