Norveç Kralı vəfat edib
10:47 28.08.2026
0
0
0
NAXÇIVAN :
28 Avqust 2026, Cümə
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə ilkin yerləşdirmə üzrə tələbə qəbulu yüksək keçid balları ilə də seçilib.
ADPU-dan bildirilib ki, universitetin şəbəkəsi üzrə dövlət sifarişi üzrə keçid balı 500 və daha yüksək olan 14 ixtisas formalaşıb. Bu ixtisaslardan 4-ü Pedaqoji Universitetdə, 10-u isə filiallardadır. Həmin proqramlara ümumilikdə 232 nəfər dövlət sifarişi əsasında qəbul olunub. Bu da 500 baldan yüksək nəticə ilə qəbul olunanların 81 faizə qədərinin dövlət sifarişi ilə təhsil alacağı deməkdir.
Ən yüksək nəticə ADPU-nun Şəki filialında xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə 614 bal olub. Ağcabədi filialında eyni ixtisas üzrə dövlət sifarişi keçid balı 558,5, Cəlilabad filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 556, Quba filialında isə həmin ixtisas üzrə 551 bal təşkil edib.
Yüksək keçid balları digər filiallarda da müşahidə olunub. Şamaxı filialında tarix müəllimliyi üzrə dövlət sifarişli yerlərin keçid balı 548,8, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 514,2, Şəki filialında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 546,1, tarix müəllimliyi üzrə isə 501 bal olub.
Eyni zamanda, ADPU-nun xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasında keçid balı 541,2 bal, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında 513,4, filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə) ixtisasında 504,9, tarix müəllimliyində isə 500,3 bal olub.
ADPU şəbəkəsi üzrə 500 və daha yüksək dövlət sifarişi keçid balı formalaşan bütün ixtisaslar III ixtisas qrupunun Azərbaycan bölməsinə aiddir.
Digər xəbərlər