NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Parlament üç qanunda dəyişikliyi III oxunuşda qəbul edib

...

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələri qəbul edilib.

"Şərq qapısı" xəbər verir ki, dəyişikliyə əsasən, “Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişikliklə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta güzəştlərinin dövlət sektoruna münasibətdə tətbiqinin 2025-ci il yanvarın 1-də ləğvi nəzərdə tutulur.

Bunun hesabına dövlət büdcəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.

Layihə müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Nəşr edilib : 16.12.2024 11:49