NAXÇIVAN :

02 May 2026, Şənbə

Parlament Azərbaycanla Türkiyə arasındakı təhsillə əlaqədar əməkdaşlıq sazişlərinə əlavə protokolları təsdiqləyib

...

Milli Məclis Azərbaycan və Türkiyə arasında təhsil və peşə təhsili sahəsində əməkdaşlıqla əlaqədar əlavə protokolları ratifikasiya edib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı müvafiq qanun layihələri parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Həmin qanun layihələri "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol"un təsdiqi və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiqi haqqındadır.

Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Nəşr edilib : 23.12.2025 12:27