NAXÇIVAN :

12 Dekabr 2024, Cümə axşamı

“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub

...

Azərbaycanın paratleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
"Şqrq qapısı" xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu təsnifat mərhələsində T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.81 saniyəlik nəticə göstərib.
O, finiş xəttini birinci keçib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lamiyə Vəliyeva həm də 11.76 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.

Nəşr edilib : 03.09.2024 23:10