NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Paraqvay Respublikasının Prezidenti Zati-aliləri cənab Santyaqo Penyaya

...

Hörmətli cənab Prezident,

Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə

Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 may 2025-ci il

Nəşr edilib : 14.05.2025 11:17