NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Pakistanda 5 maqnitudalı zəlzələ olub

...

Pakistanda 5 maqnitudalı zəlzələ qeydə alınıb.
“Şərq qapısı” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 85,4 min əhalisi olan Attok şəhərindən 19 km şimal-şərqdə, ocağı isə 39 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Nəşr edilib : 12.04.2025 12:29