Doqquz illik bazadan kolleclərə qəbulun nəticələri...
11:01 14.08.2026
0
0
0
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə müqaviləsi Pakistanın Cənubi Asiyada təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynadığını bir daha nümayiş etdirir.
"Şərq qapısı" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin Pakistanın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Diplomat bildirib ki, hazırda regionda davam edən gərginliklər fonunda Pakistan mühüm rolunu yenidən nümayiş etdirib.
“Bizim köməyimiz və məsləhətlərimiz sayəsində müharibənin qarşısı müəyyən qədər alındı. Biz hələ də sülh yolu ilə həll variantının tapılmasına çalışırıq”, – deyə Qasim Mohiuddin qeyd edib.
O vurğulayıb ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında bağlanan müdafiə müqaviləsi də regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfirin sözlərinə görə, bu əməkdaşlıq Pakistanın Cənubi Asiyada təhlükəsizlik və sabitlik zəmanətçisi kimi rolunu daha da gücləndirir.
Digər xəbərlər