NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Ötən il Naxçıvanda doğulan uşaqların sayı açıqlanıb

...

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən "Şərq qapısı"na verilən məlumata görə, 2025-ci ildə Naxçıvanda 1765 oğlan, 1672 qız olmaqla, ümumilikdə, 3437 uşaq dünyaya gəlib. Oğlan uşaqlarına ən çox Uğur adı verilib. 62 ailə bu addan istifadə edib. 
Qız uşaqlarına isə ən çox Miray adı qoyulub. Belə ki, 69 uşağa bu ad verilib.

Nəşr edilib : 13.04.2026 11:21