Selçuk Bayraktar: Can Azərbaycanda yüksək texnolog...
23:11 04.06.2025
0
0
0
2024-cü ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 dollar səviyyəsində qərarlaşıb. Bu göstərici icra edilmiş dövlət büdcəsi üzrə əsas götürülən 75 dollardan 10,4 faiz çox olub.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 3-də parlamentin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Komitə sədri bildirib ki, tədiyyə balansının cari əməliyyatlar hesabı 4,7 milyard dollarlıq müsbət saldoya malik olub. Beləliklə, strateji valyuta ehtiyatlarımız 71 milyard dollara çatıb. Təxminən ÜDM-in həcminə bərabər olan bu göstərici xarici dövlət borcunu təqribən 14 dəfə üstələyib.
Digər xəbərlər