“Əməyin mühafizəsi və texniki təhlükəsizlik normal...
18:56 21.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 11 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Belə ki, Sədərək rayonunun Qaraağac, Babək rayonunun Vayxır kəndlərində tövlədə, Şahbuz şəhərində, Culfa rayon unun Əbrəqunus, Yaycı, Şahbuz rayonunun Şahbuzkənd, Ordubad rayonunun Yuxarı Əylis, Vənənd, Babək rayonunun Gərməçataq, Şərur rayonunun Düdəngə kəndlərində və Naxçıvan şəhərində həyətyanı, quru otluq sahələrdə yanğın hadisələri baş verib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.
Eləcə də mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlı uşağ xilas edilib. Həmçinin avtonəqliyyat qəzası zamanı xəsarət alan sürücü və sərnişin xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Digər xəbərlər