Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün ...
12:07 08.06.2026
0
0
0
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyunun 1-7-də icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 48, tankəleyhinə 101 mina və 412 partlamamış digər hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 1545,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Digər xəbərlər