NAXÇIVAN :

02 Oktyabr 2026, Cümə

Ötən gün 61 cinayətin açılması təmin olunub

...

Oktyabrın 1-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 63 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 1 alışdırıcı, 5 tüfəng və 18 ədəd patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər də saxlanılıb.

Nəşr edilib : 02.10.2026 11:10