NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Ötən gün 44 cinayətin açılması təmin olunub

...

Sentyabrın 7-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 156, o cümlədən borclu şəxs qismində axtarışda olan 118 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər, dələduzluğa görə axtarışda olan 20 nəfər aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 13,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,8 ton çəkidə 2677 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 tüfəng və 15 ədəd patron aşkar edərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Nəşr edilib : 08.09.2026 11:16