Məhkəmədə Ermənistan ordusunun Azərbaycan ərazilər...
22:13 15.05.2025
0
0
0
NAXÇIVAN :
15 May 2025, Cümə axşamı
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Nəsriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki "Saat Meydanı"nda “BookFest Naxçıvan Kitab Sərgisi-2025” yazar, şair, və təlimçi görüşləri ilə davam edir.
Oxucu görüşləri və imza saatları zamanı "Beyinix" Araşdırma və Marketinq Mərkəzinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbaz Naxçıvanla və kitab sərgisi ilə bağlı fikirlərini "Şərq qapısı" qəzeti ilə bölüşüb:
Naxçıvanda olmaq əla bir hissdir. Altıncı dəfədir ki, bura gəlirəm. Burada üç gün qalmağı planlaşdırıram. Naxçıvan kitab festivalından başqa önümüzdəki günlərdə Milli Müdafiə Universitetinin tabeliyindəki Naxçıvan Hərbi Kollecində də görüş nəzərdə tutulur. Dostlarla görüşlər, iş görüşmələri və s. Paytaxt kənar oxucularla görüşmək daha maraqlıdır, qəribə bir bağlılıq yaranır. Mən orta məktəbdə oxuyanda tarix fənni ilə bağlı sualları həll edərkən Möminə xatın türbəsi ilə bağlı sual düşmüşdü. Atam da tarixçi olduğu üçün daha ətraflı başa salırdı. Mən özüm Füzuli rayonunun Qaraxanbəyli kəndindənəm, eşidən də ki, Naxçıvan şəhərində də Qaraxanbəyli kəndi var araşdırmağa başladım. Gördüm ki, qaraxanbəylilər Kəngərli tayfalarından gəlir. Hansı ki, bu tayfaların adı Füzuli rayonundan gəlir.
Naxçıvan sakinləri çox qonaqpərvərdir, həm qonağa, həm də kitaba çox hörmət edirlər. Məkan olaraq da möhtəşəm bir yerdir. Tarixi və qədim yerləri gəzməyi çox sevirəm.
Rafiq TƏHMƏZ
Digər xəbərlər