Naxçıvanda yeni tekstil istehsalı müəssisəsi istif...
19:58 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
Ordubad şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış” lll konqres-festivalı çərçivəsində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və zəngin irsini əks etdirən sərgilər təşkil olunub. Sərgilər festival iştirakçılarının böyük marağına səbəb olub.
Qərbi Azərbaycanın qədim xalçaçılıq ənənələrini yaşadan xalça sərgisində bölgəyə məxsus ornamentlər, naxışlar və əl işləri nümayiş etdirilir. Sərgiyə baxanlar xalçaçılıq sənətinin xalqımızın milli-mədəni irsində tutduğu mühüm yer haqqında ətraflı məlumat əldə ediblər.
Rəsm sərgisində isə Qərbi Azərbaycanın təbiəti, tarixi abidələri, qədim yaşayış məskənləri və doğma yurd həsrəti müxtəlif rəng çalarları ilə canlandırılıb. Gənc və peşəkar rəssamların əsərləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Memarlıq sərgisində Qərbi Azərbaycanda mövcud olmuş tarixi-mədəni abidələrin fotoşəkilləri və məlumat stendləri nümayiş etdirilir. Burada bölgənin memarlıq nümunələri, məscidləri, körpüləri və digər tarixi tikililəri haqqında məlumatlar təqdim olunur.
Sərgilər arasında Qərbi Azərbaycan florasına həsr olunmuş bölmə də maraq doğurub. Bu guşədə bölgənin bitki örtüyü, nadir flora nümunələri və təbii sərvətləri barədə məlumatlar yer alır.
Kitab, qəzet və jurnal sərgisində isə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru və görkəmli şəxsiyyətləri haqqında nəşrlər nümayiş etdirilir. Sərgi iştirakçıları müxtəlif dövrlərdə işıq üzü görmüş kitablarla yanaşı, qəzet və jurnal nümunələri ilə də tanış olmaq imkanı əldə ediblər.
Təşkil olunan sərgilər Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği, gələcək nəsillərə çatdırılması və bu irsə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Festival iştirakçıları sərgilərin bölgənin keçmişini daha yaxından öyrənmək və milli yaddaşı yaşatmaq üçün dəyərli imkan yaratdığını bildiriblər.
Elnurə CƏFƏROVA
Digər xəbərlər