NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Ordubadda qarın hündürlüyü 29 sm-ə çatıb

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.
Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 29, Parağaçay Qar Uçqunu Stansiyasında 7sm, Şahbuz rayonunun Kükü kəndində 16 sm, Şərurda 5sm, Sədərək və Kəngərlidə 3 sm, Şərurun Axura kəndində isə 8 sm qeydə alınıb.

Nəşr edilib : 28.12.2025 09:54