NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Ordubad şəhərində çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

...

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ordubad şəhəri, Məmməd Səid Ordubadi küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən Eyvazov Rövşən Adil oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.
"Şərq qapısı" xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb. Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. 
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilən tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri  tədbirlər görüləcəkdir.

Nəşr edilib : 05.11.2025 14:34