Türkiyədə helikopter xəstəxana binasına çırpılıb, ...
12:18 22.12.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə Ordubad rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə və Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər.
Sonra Fərid Bağırzadə Ordubad rayon İcra Hakimiyyətinin inzibati binasıda vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşlar sosial təminat, məşğulluq, əlillik, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi və müharibə iştirakçıları da olub. Hər bir müraciətin fərdi qaydada, qanunamüvafiq araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməsinə dair tapşırıqlar verilib. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.
Qeyd edək ki, qəbul zamanı 30-dan çox vətəndaşın müraciətinə baxılıb.
Digər xəbərlər